İbrahim Kalın: "Avropada da terror hücumlarından sonra fövqəladə vəziyyət elan edən ölkələr oldu "

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın: "Olayın deşifrə olduğunu başa düşürlər və təxminimizə görə çevriliş təşəbbüsü  vaxtından əvvəl başladılır. O sırada hər kəs əlindəki imkanları səfərbər edərək bu çevrilişin dayandırılması üçün h

534670
İbrahim Kalın: "Avropada da terror hücumlarından sonra fövqəladə vəziyyət elan edən ölkələr oldu "

İbrahim Kalın özəl televiziya kanalında canlı yayımda gündəmi dəyərləndirdi, sualları cavablandırdı.

Fövqəladə vəziyyətin elanı ilə bağlı tənqidlərlə əlaqədar açıqlamalar verən Kalın Avropada da terror hücumlarından sonra fövqəladə vəziyyət elan edən ölkələrin olduğunu xatırlatdı.
 
 Fransanın Parisdəki terror aktından sonra fövqəladə vəziyyət elan etdiyini xatırladan Kalın : "Heç kim Fransada insan haqları əldən gedir, bazarlar çökəcək, filan, filan demədi. Buna görə də heç kim Fransaya demədiyini Türkiyəyə deməsin. Belçikada da Brüssel hücumu olduğunda  fövqəladə vəziyyət elan etdilər. Heç kəs Belçikaya demədiyini Türkiyəyə deməsin. Biz burada hüquqi normalar çərçivəsində bunu həyata keçirəcəyik, normal həyatı təsir edəcək bir şey yoxdur, amma çevriliş etmək istəyənlərdən təmizlənməsi üçün dövlət nə lazımdırsa edəcək" dedi.

 

 

 



Әlaqәli Xәbәrlәr