“Yaşasın Demokratiya” yürüşü keçirilǝcǝk

Teatr ǝmǝkdaşları sabah İstanbulda Demokratiyaya dǝstǝk yürüşü keçirǝcǝklǝr.

533547
“Yaşasın Demokratiya” yürüşü keçirilǝcǝk

Teatr ǝmǝkdaşları Dərnəyinin üzvləri, Fetullahçı Terror Təşkilatının 15 iyuldakı xain çevriliş cəhdini lǝnǝtlǝmǝk üçün sabah aksiya keçirǝcǝklǝr. “Yaşasın Demokratiya” adı ilǝ keçirilǝcǝk yürüşdǝ İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının aktyor vǝ aktrisaları da iştirak edǝcǝk.

Dernekdǝn verilǝn açıqlamada, çevriliş cəhdi ilǝ vətənin, millətin iradəsinin və demokratiyanın hǝdǝf götürüldüyü, bunu lǝnǝtlǝmǝk üçün edilǝcǝk yürüşün İstanbul Böyük Şǝhǝr Bǝlǝdiyǝsi Şəhər Teatrlarının sənətçilərinin dǝ iştirakı ilǝ ‘Hərbiyə Muhsin Ertuğrul Sahnesi’ qarşısında saat 16.00-da başlayacağı bildirilib.

Çevriliş cǝhdinin pislǝndiyi açıqlamada hǝmçinin qeyd edilib ki, xain çevriliş cǝhdi, millətimizin göstǝrdiyi müqavimǝt, qəhrəman təhlükəsizlik və Türk Silahlı Qüvvǝlǝrimizin şərəfli personalı qarşısında uğursuzluqla nǝticǝlǝnmişdir. Vətən xainləri tərəfindən planlandırılıb hǝyata keçirmǝk istǝnilǝn çevriliş cǝhdini vǝ xain hücumları lǝnǝtlǝyir, Prezidentimizin rǝhbǝrliyi vǝ qərarlı rǝftarı, Milli Məclisin, iqtidar vǝ müxalif siyasi partiyalarımızın güclü hǝmrǝyliklǝrinin daim olmasını arzulayırıq. Yaşasın demokratiya, Yaşasın azadlıq, deyir vǝ demokratiya şəhidlərinə Allahdan rəhmət, ailələriylə yaxınlarına başsağlığı və səbir, yaralılara təcili şəfa dilǝyirik.”



Әlaqәli Xәbәrlәr