“Ordunun şərəfli mənsubları bu çevrilişin kölgəsində deyil”, N.Kurtulmuş

Türkiyənin Baş nazir yardımçısı Numan Kurtulmuş Fetullahçı Terror Təşkilatı (FETÖ) tərəfindən 15 iyulda çevriliş cəhdi zamanı şəhid olanların qanının hesabının hüquq çərçivəisində soruşulacağını söyləyib

532283
“Ordunun şərəfli mənsubları bu çevrilişin kölgəsində deyil”, N.Kurtulmuş

  Ankara Kızılay Meydanında FETÖ-nün çevriliş cəhdinə etiraz edən vətəndaşlarla Kurtulmuş salamlaşarkən bu ifadələrlə başlayıb: ”15 iyul axşamından etibarən burada və 81 bölgədə, bütün meydanlarda sinəsini sipər edərək bu millətin düşmənlərinə qarşı, demokratiya düşmənlərinə qarşı, bu vətənin düşmənlərinə qarşı canını fəda edərək meydanları dolduran sevimli Türkiyə xalqı, hamınızı hörmətlə və sevgiylə salamlayıram."

  Baş nazir yardımçısı bu günlər cənazə mərasimlərinə qatıldığını, şəhidlər içində adsız qəhrəmanların olduğunu bildirib: "Əgər onların cəsarəti olmasaydı, əgər onların tankların qarşısına çıxan o cəsur ürəkləri olmasaydı və siz də onlar kimi şəhid olmağa hazır olmasaydınız, bu gün Türkiyə rahat olmazdı", - deyib.

  Edam tələbilə bağlı isə Numan Kurtulmuş bunları bidlirib: "Heç şübhəniz olmasın, bu canilər tökdükləri qanları unutdura bilməyəcək. Biz bu qanların hamısının hesabını hüquq çərçivəsində soruşacağıq və şəhidlərimizin qanı yerdə qalmayacaq… Türkiyə milləti çevriliş təşəbbüsü Türkiyə Silahlı Qüvvələri deyil, Ordunun içərisində 3-5 FETÖ-çu şəbəkə mənsubu tərəfindən gəlir. Bunu ayırmaq lazımdır. Çünki elə bu çevriliş cəhdinə Türkiyə Silahlı Qüvvələri içərisində olan hökumət tərəfdarları digər qrup qarşı çıxıb və onlara xüsusi təşəkkür etməyi özümə bir borc bilirəm. Ona görə Türkiyə Silahlı Qüvvələrinin şərəfli mənsublarını bu çevrilişin kölgəsi altında buraxmayacağıq… Millətə, milli iradəyə sahib çıxanlara hər zaman biz də sahib çıxacağıq.



Әlaqәli Xәbәrlәr