Baş nazir müxalifǝt partiyalarının liderlǝriylǝ görüşüb

Baş nazir Binəli Yıldırım Cümhuriyyǝt Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu və MHP lideri Dövlǝt Bahçeli ilǝ Çankaya Köşkündə bir araya gəlib

532735
Baş nazir müxalifǝt partiyalarının liderlǝriylǝ görüşüb

  "Bu gün birlik vǝ hǝmrǝyliyǝ ehtiyacımız var". Bunu Ədalət və İnkişaf Partiyasının lideri və Baş nazir Binəli Yıldırım  deyib.

  Türkiyənin Baş naziri Binali Yıldırım, Cümhuriyyǝt Xalq Partiyasının (CHP) lideri  Kamal Kılıçdaroğlu ilə Çankaya Köşkündə bir araya gəlib. İki  lider arasında  baş tutan  görüşdǝn  sonra  tǝşkil edilǝn  mǝtbuat konfransınrda CHP lideri  Kılıçdaroğlu: “Bǝzi  narahatlıqlarımızın olduğunu Baş nazirǝ  bildirdim. Xüsusilə, əmrǝ  itaǝt etmǝk  mǝcburiyyǝtindǝ olan  ǝsgǝrlǝrǝ  istiqamətli şiddət hadisələrinin doğru olmadığını, bunlarla bağlı istintaq aparılmasının lazım olduğunu dedim. Cəmiyyətdəki gərginliyi ǝl-ǝlǝ  verǝrǝk  aradan qaldırmaq vǝzifǝmizdir”.

  Baş nazir Yıldırım da 15 iyuldakı  hǝrbi  çevriliş cəhdinin nəticələri haqqında Kılıçdaroğluna məlumat verib, müxalifǝtǝ tǝşǝkkürünü bildirib. Bundan sonra daha tǝdbirli olmağın lazım gǝldiyini ifadǝ edǝn      Yıldırım bu vǝziyyǝtdǝn su-istifadǝ etmǝk istǝyǝn tǝrhikçilǝrǝ qarşı ehtiyyatlı olunması, heç bir  imkan yaradılmaması, belǝ xain işlǝrǝ cǝhd edǝnlǝrǝ lazımi cavabın dǝrhal verilmǝsi, hüquq çǝrçivǝsindǝ   görülǝcǝyi, cinayǝtkarların ədalətə təslim ediləcəyi haqqında danışıb.  

  Baş nazir Binali Yıldırım sonra MHP lideri Dövlət Bahçeli ilə bir araya gəlib. Görüşdǝn sonra verdiyi  açıqlamada Yıldırım deyib: “Bundan sonra görülǝsi işlǝr var. Qarşıdakı günlǝrdǝ lazımi addımlar atacağıq. Türkiyədə daha separatçı terror mǝsǝlǝsi və çevriliş cǝhdi olmayacaq".  

  MHP lideri Dövlǝt Bahçeli də öz növbǝsindǝ: “Xain çevriliş cǝhdinin qarşısının  alınması, gǝlǝcǝkdǝ təkrar  olunmaması üçün siyasi iqtidarın atdığı addımlara vǝ sǝylǝrǝ MHP olaraq Məclisdə təmsil edilən 40 millət vəkilimizlə və xalqdan aldığımız dǝstǝklǝ dayaq edǝcǝyimizi hörmətli baş nazirimizə bir daha çatdırdım.”   



Әlaqәli Xәbәrlәr