“Türkiyənin seçilmiş hökuməti yanındayıq”, V.Putin

Sabitliyin təkrar təmin edilməsini arzulayan Putin: "Türkiyədə konstitusiyaya zidd bu hərəkətlər qəbul edilməzdir", - deyib

531173
“Türkiyənin seçilmiş hökuməti yanındayıq”, V.Putin

  Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək 15 iyul çevriliş cəhdi zamanı həyatını itirənlər üçün başsağlığı verib.

  Sabitliyin təkrar təmin edilməsini arzulayan Putin: "Türkiyədə konstitusiyaya zidd bu hərəkətlər qəbul edilməzdir", - deyib.

  Rusiyalı lider Türkiyədə seçilmiş hökumətin yanında yer aldıqlarını vurğulayaraq Ərdoğan, ailəsi və türk xalqına başsağlığını çatdırıb.  

  Qeyd edək ki, iki liderin həm də gələn ayın ilk həftəsi görüşü olacaq.



Әlaqәli Xәbәrlәr