… Edam tələbilə bağlı isə dövlət başçısı belə dedi

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisi və Cumhurbaşkanlığı İqamətgahını bombalayan Fətullahçı terror təşkilatının vətən deyə bir qayğısı olmadığını söyləyib

531377
… Edam tələbilə bağlı isə dövlət başçısı belə dedi

   “Qiyamçı terrorçular qarşısında bir olmalıyıq. Ölkəmizi onlara əsla qapdırmayacağıq", - deyən Ərdoğan İstanbuldakı Cumhurbaşkanlığı İqamətgahının qarşısında toplanan vətəndaşlara səslənib: “Təhlükəsizlik Qüvvələri çox yerdə əməliyyatlarını davam etdirir… Amerika rəhbərliyinə Fətullah Güləni qaytarmaqla bağlı çağırışı yenə təkrar edirəm”.

  Vətəndaşların 15 iyul çevrilişiylə bağlı edam tələbilə bağlı isə dövlət başçısı bunları deyib: "Bu barədə mütləq bir qərara gəlinəcək. Bu tələbinizi hökumət olaraq da, dövlət olaraq da bilirik, hiss edirik. Sizin bu tələbinizi biz yox saya bilmərik. Demokratiyada xalq nə deyir, odur. Elə hesab edirəm ki, hökumətimiz ana müxalifətlə görüşdükdən, birgə qərara gəldikdən sonra fikrini açıqlayacaq."

  R.T.Ərdoğan, eyni zamanda, vətəndaşların meydanlardan çəkilməmələrini və küçə-meydanları boş buraxılmamalarını istəyib.



Әlaqәli Xәbәrlәr