Dörd partiya birgə bəyanat verdi

Türkiyə Böyük Millət Məclisi Baş İdarəsində 4 partiyanın uzlaşdığı ortaq bəyanat hazırlanaraq oxunub

530897
Dörd partiya birgə bəyanat verdi

  Türkiyə Böyük Millət Məclisi Baş İdarəsində 4 partiyanın uzlaşdığı ortaq bəyanat hazırlanaraq oxunub. Məclis sədri İsmayıil Kahramanın oxuduğu bəyanatın mətni belədir:

  "Biz - Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası və Xalqların Demokratik Partiyası qrupları olaraq əziz millətimizin özünə, dövlətimizə, milli iradəyə, millət vəkilləri və Qazi Məclisinə 15 iyul gecəsi başlanan və 16 iyul sübhə qədər zərərsizləşdirilən çevriliş cəhdini kəskin şəkildə qınayırıq.

  Millətimiz zərbənin qarşısında dayandı və qanlı çevriliş cəhdinə maneə törədildi. Türkiyə Cümhuriyyəti və təşkilatlarını canı bahasına qoruyan bu əziz millət hər cür tərif və təqdirə layiqdir. Bu yolda canlarını verən şəhidlərimizə millət minnətdardır və qəhrəmanlarımızı əsla unutmayacağıq.

  Türkiyə Böyük Millət Məclisinin qəhrəman millt vəkilləri bomba və güllələr altında da vəzifəsini icra etdi, bir daha millətimizə layiq bir Məclis olduğunu göstərdi. Məclisimiz tək ürək tək bədən olaraq böyük bir cəsarətlə çevriliş cəhdinə qarşı həssas bir duruş sərgilədi. Bu möhkəmlik demokratiyanın daha da inkişafı adına son dərəcə qiymətlidir. Hər kəs bilməlidir ki, bu gün olduğu kimi, gələcəkdə də millətimizə, milli iradəyə, Milli Məclisinə uzanacaq hər hansı əl qarşısında Məclisin poladdan möhkəm iradəsi var.

  Türkiyə Böyük Millət Məclisi millətin demokratiyaya sarsılmaz inamını əks etdirməyi davam etdirəcək. Məclisimizin bütün siyasi partiya qruplarının çevriliş cəhdinə ortaq bir rəftar və ortaq dillə qarşı durmaları tarixə keçəcək. Bu ortaq rəftar milli iradə və millətimizi daha da gücləndirəcək.

  Milli Məclis vəzifəsinin başındadır və millətin məclisi millətə və dövlətin suverenliyinə qarşı hərəkətlərinə görə bu hücuma girişənlərə cavabı hüquq çərçivəsində ən ağır şəkildə verəcək. Türkiyədə heç bir şey əvvəlki kimi olmayacaq. Ən konkret isbat da bu ortaq bəyanatdır. Dörd partiya olaraq fərqli fikirlərimiz olsa da, bu gün hamımız bütün millət vəkillərimizlə, bütün təşkilatlarımızla milli iradənin yanındayıq, birlikdə sahib çıxırıq və əbədi sahib çıxacağıq.

  Xalqımızdan xahiş edirik: demokratik reaksiya sərhədlərini aşan, ölkəmizə yaraşmayan zorakılıq hallarından uzaq dayanın.

  Şəhidlərimizi hörmət, minnət və rəhmətlə anırıq. Yaralılarımıza şəfalar diləyirik, millətimizə “keçmiş olsun” deyirik.

  Türkiyənin yanında olan, dəstək mesajları çatdıran bütün dost və qardaş ölkələrə də salamlarımız və təşəkkürümüz var.

İmzalar:

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman,

Ədalət və İnkişaf Partiyasının Qrup sədri Binəli Yıldırım,

Cümhuriyyəy Xalq Partiyasının Qrup sədri Kamal Kılıçdaroğlu,

Milliyyətçi Hərəkat Partiyasının Qrup sədri Dövlət Bahçeli,

Xalqların Demokratik Partiyasının Qrup sədr müavini İdris Baluken.



Әlaqәli Xәbәrlәr