Türkiyənin Baş Qərargah rəisi vəzifəsini ordu generalı Ümid Dündar icra edəcək

Türkiyənin Baş nazir Binali Yıldırım Baş Qərargah rəisi vəzifəsini ordu generalı Ümid Dündarın icra edəcəyini açıqlayıb.

530294
Türkiyənin Baş Qərargah rəisi vəzifəsini ordu generalı Ümid Dündar icra edəcək

Türkiyənin Baş nazir Binali Yıldırım Baş Qərargah rəisi vəzifəsini vəkalət əsasında ordu generalı Ümid Dündarın icra edəcəyini açıqlayıb.

Baş nazir hərbi çevirilişə cəhddə iştirak edən bir generalın öldürüldüyü məlumatı aldıqlarını və aralarında polkivniklərin də olduğu 130 əsgərin saxlanıldığını bildirib.

Binəli Yıldırım demokratiyaya sahib çıxdıqlarına görə müxalifət pariyalarının liderlərinə təşəkkür edib. Çevirilişə cəhdə qarşı hökumətin yanında yer aldıqlarını doğru və təqdirəlayiq hal hesab edib.

Baş nazir “vətəndaşlarımıza da təşəkkür edirik ki, küçələrdə çevirilişdə iştirak edənlərə etirazlarını bildiriblər, bundan sonra da meydanı boş buraxmamalıyıq”-deyə əlavə edib.

Ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə çevirilişə cəhddə terror təşkilatı “FETO”ya mənsub 336 nəfər saxlanılıb.



Әlaqәli Xәbәrlәr