THY - Türkiyə Hava Yollarından xəbərdarlıq

THY İdarə Heyətinin sədri İlker Aycin uçuşu gerçəkləşməyən yolçuların biletlərinin zəmanət altında olduğunu qeyd edərək qeyd-şərtsiz dəyişdiriləcəyini söyləyib

530665
THY - Türkiyə Hava Yollarından xəbərdarlıq

  Türkiyə Hava Yolları (THY) Fetullahçı terror təşkilatının (Feto) çevriliş cəhdiylə əlaqədar 925 səfəri ləğv edib.

  THY Mətbuat Xidmətindən verilən məlumata görə, hava yolu şirkəti bəzi daxili və xarici səfərləri həyata keçirməyəcək.

  THY İdarə Heyətinin sədri İlker Aycin uçuşu gerçəkləşməyən yolçuların biletlərinin zəmanət altında olduğunu qeyd edərək qeyd-şərtsiz dəyişdiriləcəyini söyləyib.

  Aycin bir televiziya kanalında bu ana qədər 35 təyyarənin fövqəladə vəziyyətlə əlaqədar başqa etibarlı limanlara yönləndirildiyini bildirib: "Hadisə ilə bağlı 132 səfərimiz ləğv edildi. Bu gündən (16.07.2016) Atatürk Hava Lımanından 183 çıxış, 116 gəliş planlamışıq. Eyni şəkildə Sabiha Gökçen Hava Lımanından 69 çıxış olmalıdır. Uçuş sayını Sabiha Gökçen hava limanında artıracağıq. Dünən (15.07.2016) ləğv etdiyimiz uçuşların sərnişinlərini bu gün göndərmək üçün əlimizdən gələni edirik."

  Qeyd edək ki, THY sərnişinləri səyahətdən əvvəl uçuşlarla bağlı son məlumatları www.thy.com ünvanından və ya 444 0 849 nömrəli çağırış mərkəzindən öyrənə bilərlər.



Әlaqәli Xәbәrlәr