Çevriliş cәhdinin qarşısı alındı

Çevriliş cәhdinin qarşısı vәtәndaşların müqavimәti nәticәsindә alındı.

530283
Çevriliş cәhdinin qarşısı alındı

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan  Silahlı Qüvvәlәr daxilindә az saydakı bir qrup  "‘FETÖ’’ ( Fətulahçı terror tәşkilatı) tәrәfdarlarının  cәhdinin  cәzasız qalmayacağını bildirib.

Xüsusilә telekanallardan birinә  açıqlama verәn Әrdoğan, bu çevriliş cәhdi qarşısında xalqı da meydanlara çıxmağa dәvәt edәrәk, bu cәhdә lazım gәlәn cavabın verilmәsini istәyib.

Dövlәt başçısı özünün hәmin zamanda baş komandir olduğunu xatırladaraq hadisə ilə bağlı mәlumatının olmadığı bu cәhdin cәzasız qalmayacağını ifadә edib.

Baş nazir Binəli Yıldırım hәrbi çevriliş cәhdi edәnlәrin qanun qarşısında cavab verәcәklәri barәdә bәyanat verib.

Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanın  çağrışından sonra küçәlәrә axışan xalq demokratiyaya sahib olub.

Çevriliş cәhdi edәn qrupun üzvlәrini yaxalayan vәtәndaşlar həmin şәxslәri polisә tәslim ediblәr.

Türkiyәnin dövlәt televiziyası TRT-nin yayımı da bәrpa olunub.

Hadisә barәdә məlumat verən televiziyanın yayım heyәti  bildirib ki, silahlı basqın zamanı televiziya işçilәri girov götürülәrәk öncədən hazırlanana mәtnin oxunmasına məcbur ediliblәr.

Türkiyә Böyük Millәt Mәclisinin sәdri İsmail Kahraman millәt vәkillәrini növbәdәnkәnar yığıncağa dәvәt etdiyi zaman Cümhuriyyәt Xalq Partiyasının (CHP) sәdri Kamal Kılıçdaroğlu da çevriliş cәhdini qınayaraq bildirib ki, bu ölkә dövlәt çevrilişlәrindәn çox әziyyәt çәkib. Eyni problemlәri bir daha yaşamaq istәmirik.

Milliyәtçi Hәrәkat Partiyasının  sәdri  Dövlәt Baxçalı da vәtәndaşların azad iradәsinә hörmәt etdiklәrini, çevriliş cәhdinin qәbuledilmәz olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr