Çevrilişə cəhddən sonra məhkəmə orqanlarının fəaliyyəti artıb

Bu çərçivədə nəzarət alınanların sayı və adları

530818
Çevrilişə cəhddən sonra məhkəmə orqanlarının fəaliyyəti artıb
Danıştay.jpg

  Fətullahçı terror təşkilatının (Feto) çevrilişə cəhdindən sonra Türkiyənin məhkəmə orqanlarında iş qovluqları açılır.

  Bu çərçivədə Konstitusiya Məhkəməsinin üzvü Alparslan Altandan sonra eyni vəzifədə olan Erdal Tercan saxlanılıb. Digər 10 Feto üzvü nəzarətdədir.

  Şura Məhkəməsinin sədri Zərrin Güngör çevrilişə cəhd iştirtakçılarını xidmət binasına çağırıb. 35-40 nəfərlik qrup salonda olan digər 15-20 nəfərdən ibarət başqa qrupun “paralel dövlet idarəetmə təşkilatlanmasına bağlı olduğu” iddiasını irəli sürərək salona girməyib.

  Bu arada, Ankara Baş Prokurorluğunun silahlı çevrilişə cəhd çərçivəsində başladığı istintaqda haqqında saxlanılma qərarı verilən 10 nəfərin adı tək-tək oxunaraq binadan çıxarılıb, polis maşınına mindirilərək Polis İdarəsinə apırılıb.

  Şura Məhkəməsi tərəfindən Feto ilə əlaqəsi müəyyən olunan 38 üzv isə axtarışdadır.

  Digər tərəfdən, yüksək səviyyəli hakimlǝr vǝ prokurorlardan ibarət heyətin 5 üzvünün vəzifəsi Ankara Respublika Baş Prokurorluğunun qərarıyla ləğv edilib. Bununla birlikdə Heyətin 2-ci İdarəsi və 2745 hakimi müvəqqəti olaraq vəzifəsindən azad olunub. Ali Məhkəmə 140 üzv haqqında saxlanılma qərarı verib.



Әlaqәli Xәbәrlәr