Qurban bayramından öncə Qəzzaya yenə yardım göndəriləcək

Baş nazirin müavini Veysi Kaynak Qurban bayramından öncə (12-15 sentyabr) Qəzzaya gəmilə yenə yardım göndəriləcəyini bildirib.

529645
Qurban bayramından öncə Qəzzaya yenə yardım göndəriləcək

Baş nazirin müavini Veysi Kaynak Qurban bayramından öncə (12-15 sentyabr) Qəzzaya gəmilə yenə yardım göndəriləcəyini bildirib.

Veysi Kaynak jurnalistlərin Türkiyə-İsrail əlaqələrinin normallaşma prosesi haqqındakı sualına cavabən, iki ölkənin hökumətləri arasında “Mavi Mərmərə” gəmisində baş verən hadisədən sonra əlaqələrin dayandırıldığını xatırladaraq deyib ki, Türkiyə əlaqələrə yenidən fəallıq qazandırılması məqsədi ilə bir sıra şərtlər irəli sürmüşdü. Razılıq əldə olunması üçün bu şərtlər yerinə yetirildi və İsrail tərəfi Qəzzaya ediləcək humanitar yardımların Türkiyənin koordinasiyası ilə çatdırılmasını qəbul etdi.

Bu addım nəticəsində 7 ildən bəridir mühasirədə yaşayan 1 milyon 800 min insana Ramazan bayramından əvvəl 11 min ton ərzaq göndərildiyini xatırladan Veysi Kaynak deyib ki,  İsrail dövləti göndərilən yardımın gəmidən boşaldılması üçün ciddi səy göstərdi. Yardımların qəzzalılara paylanması işi isə hələ də davam edir. Qurban bayramından öncə də eyni miqdarda yardım yenə gəmilə ilə göndəriləcək.



Әlaqәli Xәbәrlәr