Mövlud Çavuşoğlu Azərbaycanda

"Ölkələrimiz üçlü mexanizm şəkində çalışır: Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Türkmənistan, Türkiyə-Azərbaycan-Gürcüstan. Yaxında Türkiyə-Azərbaycan-Qazaxıstan üçlü mexanizmi də olacaq", M.Çavuşoğlu

530084
Mövlud Çavuşoğlu Azərbaycanda

  Paytaxt Bakıda ilk olaraq azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu sonra təşkil edilən ortaq mətbuat konfransında çıxış edib.

  Hər iki ölkə rəhbərlərinin qardaşlıq münasibətinə, əlaqələrin yüksək ölçüsünə, İpək Yolu layihəsiylə nəqliyyat və ticarətdə mərkəz halına gələn Türkiyə-Azərbaycanın bölgədəki vəziyyətinə diqqət çəkən Çavuşoğlu belə deyib: "Ölkələrimiz üçlü mexanizm şəkində çalışır: Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Türkmənistan, Türkiyə-Azərbaycan-Gürcüstan. Yaxında Türkiyə-Azərbaycan-Qazaxıstan üçlü mexanizmi də olacaq. Görüşlər keçirilib, həyata keçəcək. Hətta Türkiyə-Azərbaycan-Rusiya üçlüyünü də təşkil etmək bu bölgənin xeyrinədir."

  Çavuşoğlu Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı son günlər tez-tez danışıqlar aparıldığını, Türkiyənin prosesi yaxından təqib etdiyini və sülh üçün atılan addımları dəstəklədiyini də dilə gətirib.

 



Әlaqәli Xәbәrlәr