“Srebrenitsadan Suriyaya: alınmayan Dərslər”

Beynǝlxalq ictimaiyyǝt, Srebrenitsadaki qırğının  necǝ  yarandığını  unutmamalıdır. Əks  tǝqdirdǝ  Suriyada da bənzər qırğınlar  törǝdilmǝkdǝ davam  edǝcǝk. Bunu  prezidentin sözçüsü İbrahim Kalın deyib.

529338
“Srebrenitsadan Suriyaya: alınmayan Dərslər”

İbrahim Kalın, Daily Sabah qəzetindǝ  ǝks  edǝn “Srebrenitsadan Suriyaya: alınmayan Dərslər” başlıqlı məqaləsində, Bosniyanın şərqində yerlǝşǝn  Srebrenitsada  21 il  ǝvvǝl  BMT-nin  gözü  önündǝ törǝdilǝn soyqırımın Nasistlərin 2-ci Dünya Döyüşü əsnasında Avropalı Yəhudilərə tətbiq  etdiklǝri  soyqırımdan fərqsiz olduğunu, beynǝlxalq  ictimaiyyǝtin  izlǝdiyi  uğursuz siyasǝtdǝn asılı 8 mindən çox Bosniyalı kişi və uşağın qǝtl edildiyini ifadǝ  edǝrǝk deyib:  “Bənzər bir qırğın, faciə, döyüş,  6  ildir  Suriyada  yaşanır və  Bosniyada  olduğu  kimi yenǝ   beynəlxalq sistem, BMT, Avropa, ABŞ və dünya buna  biganǝ   qalır. 2-ci  Dünya Döyüşündən sonra Avropanın   mǝrkǝzindǝ törǝdilǝn  vǝ  ən böyük qırğın  hesab edilǝn   Srebrenitsa ilə yaxın tarixin ən dǝhşǝtli döyüşü olan Suriyanı bir-birinə bağlayan ǝsas ünsür, beynəlxalq sistemin, döyüş, dövlət terroru və insanların mǝruz qaldıqları  iztirabı sona çatdırmaqda uğrunda lazımlı  addımları  atmamasıdır”. 

İyul 1995-ci ildə “Bosniya Qəssabı” adlanan  Ratko Mladiç əmrindəki Serb hərbi qüvvələrinin minlərlə Boşnak qadını  ǝrindǝn, övladından,  körpǝsindǝn ayırdığını xatırladan  Kalın, Srebrenitsa soyqırımı və Bosniya müharibəsindən lazımlı dərsi aldıq mı sualını ünvanlayıb  vǝ  ardından belǝ deyib:  “ O gündən bu yana yaşanan qarşıdurmalara və qırğınlara nǝzǝr saldıqda, bu suala müsbət cavab vermək həqiqətən çətindir.  Zira insanlığa qarşı bu mənfur cinayətləri  törǝdǝnlǝrin  ədalət  qarşısına  çıxarıldıqlarına  dair konkret dǝlillǝr  mövcut deyil”.



Әlaqәli Xәbәrlәr