Dünyanın ən varlı insanlarından Erik Şimidin yaxtı Bodruma gəlib

İnternetin ən böyük axtarış sistemi “Google”nin yüksək səviyyəli idarəçisi amerikalı proqram mühəndisi  Erik Şimidin sahibi olduğu “Oasis” adlı meqa yaxt Türkiyədədir.

529172

Erik Şimidin yaxtda olub olmadığı bilinmir. Muğla vilayətinin müxtəlif buxtalarında olan yaxt dünən nahardan sonra Bodrumun Kargacık körfəzində lövbər salıb.

Dünyanın ən varlı iş adamları sırasında olan Erik Şimidin 59 metrlik yaxtında 12 adam qala bilir, yaxtın içində disko-kluba çevrilən  idman zalı da var.

Yaxtın daha bir neçə gün qəsəbədə qalacağı bildirilir.

Әlaqәli Xәbәrlәr