“Mavi bayraq” sayına görə Türkiyə ön sıradadır

Türkiyədə ən çox çimərliyin olduğu məkan yerli turizmin lokomotiv şəhəri Antalyadır ki, burada 201 çimərlik var

526502
“Mavi bayraq” sayına görə Türkiyə ön sıradadır
güney ege'nin plajları mavi bayraklandı.jpg

  Beynəlxalq Çevrə Mükafatı “Mavi bayraq” sayına görə Türkiyədə son 10 ildə artım 131 faizdən 444-ə yüksəlib.

  Beynəlxalq Çevrə Cəmiyyətinə (EFF) üzv 50 ölkə arasında Türkiyə 588 “Mavi bayraq” mükafatı alan İspaniyadan sonra 2-ci sıradadır.

  Türkiyədə ən çox çimərliyin olduğu məkan yerli turizmin lokomotiv şəhəri Antalyadır ki, burada 201 çimərlik var. Bunlardan Serik, Gazipaşa, Alanya, Manavgat, Kemer, Kumluca, Kaş rayonlarındakı çimərliklər “Mavi bayrağ”a sahibdir.

  Antalyadan sonra sıralamada Muğla 100, İzmir 47, Aydın 31, Balıkesir 22, Çanaqqala 10, Mersin, Ordu 5 və Yalova 5 çimərliyi ilə gəlir.

  Dünyada ən çox tanınan və eko-etiket sayılan “Mavi bayraq” mükafatı ətraf mühitə həssas, şüurlu yanaşma, mədəni şərtlər tələbatına görə təchizat və üzmə hovuzlarının Avropa İttifaqı standartlarına uyğun olmasına görə verilir və tətil üçün müəyyən edilir.

  Beynəlxalq Mavi Bayraq mükafatı verildikdən bir il müddətində keçərli sayılır. Hər il müraciət və yoxlamalar yenilənir.



Әlaqәli Xәbәrlәr