R.T.Әrdoğan müsәlman ölkәlәrin liderlәrini Ramazan bayramı münasibәtilә tәbrik edib

Türkiyәnin dövlət başçısı Rəcəb Tayyib Erdoğan Ramazan bayramı münasibәti ilә  Azərbaycan, Səudiyyə Ərəbistanı, Qətər, İraq və Bosniya və Herseqovinanın prezidentlәri ilә telefon әlaqәsi saxlayıb.

524141
R.T.Әrdoğan müsәlman ölkәlәrin liderlәrini Ramazan bayramı münasibәtilә  tәbrik edib

R.T.Әrdoğan ilә  Azәrbaycan prezidenti  İlham Әliyev, Sәusiyyә Әrәbistanı Kralı Sәlman bin Əbdüləziz Әl Suud, Qәtәr  әmiri Şeyx Təmin bin Hamәd Әl Sani ve atası  emir Hamed bin Xəlifə Әl Sani, İraq prezidenti Fuad Masum, Bosniya və Herseqovina preziden  Bakir İzzetbegoviç arasında telefon danışığı olub.

Görüşdüyü liderlərin bayramını təbrik edәn R.T.Әrdoğan  Bağdadda törәdilәn terror hücumları səbəbilə İraq prezidenti Masuma vә  Səudiyyə Ərəbistanındakı terror hücumları səbəbilə  Kral Sәlmana  başsağlığı verib.

 Digər  tәrәfdәn BMT-nin Baş katibi Pan Qi Mun  dövlәt başçısı Әrdoğan ilә telefon әlaqәsi saxlayaraq İstanbulda törәdilәn  son terror hücumunu şiddətlə qınayıb, vә Türk xalqına başsağlığı verib.

 Pakistanın Pəncab әyalәtinin  Baş naziri Məhəmməd Şahbaz Şerif də İstanbulda baş verәn  hücumla əlaqədar  dövlәt başçısı  Ərdoğan ilә telefon әlaqәsi saxlayıb vә həyatlarını itirənlərə Allahdan rəhmət, yaralılara təcili şəfalar diləyib.



Әlaqәli Xәbәrlәr