Türk Silahlı Qüvvәlәri PKK ilә DEAŞ-a qarşı әmәliyyat hәyata keçirib

Türk Silahlı Qüvvələrinin ölkə xaricində terror tәşkilatı PKK vә DEAŞ-a qarşı həyata keçirdiyi əməliyyatlar nәticәsindә 14 DEAŞ üzvü terrorçu zәrәrsizlәşdirilib.

523687

Bu bәrәdә Baş Qərargah Rəisliyindәn verilәn mәlumatda  bildirilib.

Mәlumata әsasәn terror tәşkilatına mәxsus 68 hәdәf  fırtına mәrmilәri ilә mәhv edilib.

Әldә olunan mәlumata görә, әmәliyyata  koalisiya tәyyarәlәri dә dәstәk verib.

Qeyd edәk ki, İraqın Metina bölgәsinә dә hava hәrәkatı tәşkil edilib.

Әmәliyyat nәticәsindә  terror tәşkilatına mәxsus bir hәdәf vurularaq mәhv edilib.

Әlaqәli Xәbәrlәr