R.T.Ərdoğan: DEAŞ İslam aləminə qarşı ən təhlükəli terror qruplaşmasıdır

İstanbulda “Dostluq” Dərnəyinin təşkil etdiyi iftar mərasimində iştirak edən Türkiyə dövlət başçısı çıxış edib.

523428
R.T.Ərdoğan: DEAŞ İslam aləminə qarşı ən təhlükəli terror qruplaşmasıdır

İstanbulda “Dostluq” Dərnəyinin təşkil etdiyi iftar mərasimində iştirak edən Türkiyə dövlət başçısı çıxış edib. Rəcəb Tayyib Ərdoğan bildirib ki, DEAŞ müsəlman adı altında dinimiz və mənsublarını hədəf alan son dövrün ən böyük şər təşkilatıdır. Əslində isə sözügedən terror təşkilatının İslamla heç bir əlaqəsi yoxdur və əksinə əsas məqsədləri İslama ziyan vurmaq, bu dini gözdən salmaqdır.

Terror təşkilatlarına qoşulanlar da müraciət edən dövlət başçısı vurğulayıb ki, DEAŞ və PKK-nın tərkibində yer alanlar hələ də bu qruplaşmaların əsas üzünü görə bilmir. “Gəlin, bu səhv yoldan dönün. Öz inancdaşlarınıza, ölkənizə, millətinizə zərər verməklə heç bir şey qazanmırsınız” deyə Ərdoğan onlara səslənib.

Rusiya və İsraillə əlaqələrin normallaşmasına da toxunan Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkələr arşındakı yeni əməkdaşlığın başlanılması  bəzilərini narahat edir. “Əgər bizim hər hansı bir səbəbə görə əyildiyimizi, nədənsə imtina etdiyimizi düşünənlər varsa, bu bizə qarşı böhtandır” deyə dövlət başçısı vurğulayıb.



Әlaqәli Xәbәrlәr