R.T.Әrdoğan:‘‘Xainlәrin lazımi dәrsini verәcәyik’’

Türkiyədə məskunlaşan milyonlarla suriyalı qaçqınlara  Türkiyə vətəndaşı olmaq şansı veriləcək.

522971
R.T.Әrdoğan:‘‘Xainlәrin  lazımi dәrsini  verәcәyik’’

Türkiyədə məskunlaşan milyonlarla suriyalı qaçqınlara  Türkiyə vətəndaşı olmaq şansı veriləcək.

Bu barәdә  Türkiyәnin  dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Kilis şәhәrindә çıxışı zamanı deyib.

 Kilis şәhәrindә tәşkil edilәn  vә Suriyalıların da iştirak etdiyi ifrat yemәyindә çıxış edәn  R.T.Әrdoğan: ‘‘İnanıram ki, Türkiyә Cümhuriyyәti  vәtәndaşı olmaq istәyәnlәr var. Daxili İşlәr Nazirliyimizin bu mәsәlә ilә bağlı atddığı addımlar var'’ deyib.

 DEAŞ, PYD və YPG terror təşkilatları ilə bağlı da sərt danışan Ərdoğan:  "Suriyada nə DEAŞ müsəlmanları təmsil edir, nə də PYG-YPG kürd qardaşlarımızı təmsil edir’’ deyib.

Türkiyәnin  tәxminәn 3 milyon suriyalıya qucaq açdığını  xatırladan Әrdoğan: ‘‘Bizim ölkә olaraq rәsmi sәrhәdlәrimiz başqa, könül sәrhәdlәrimiz başqadır’’ deyib.

R.T.Әrdoğan çıxışı zamanı  Türkiyədəki terror hücumlarına da toxunaraq 35 ildir terrorla mübarizә aparan Türkiyәnin  bunlarında  da öhtәsindәn  gәlәcәyini bildirib.

 Terrorla mübarizәnin eyni qәtiyyәtlә davam edәcәyini qeyd edәn Әrdoğan: ‘‘Xainlәrin  lazımi dәrsini  verәcәyik’’ deyib.



Әlaqәli Xәbәrlәr