Terror səyahət etmək istəyənin qarşısını ala bilməz

Dünyanın ən çox oxunan aylıq səyahət və həyat tərzi jurnallarından olan "Travel + Leisure” "Türkiyəni sevməyimiz üçün çox səbəb var" başlıqlı yazısıyla İstanbul və Türkiyəyə dəstək verib

522019
Terror səyahət etmək istəyənin qarşısını ala bilməz
türkiye istanbul.jpg
u-prvih-osam-mjeseci-istanbul-posjetilo-vise-od-7-miliona-turista_trt-bosanski-29259.jpg

   Dünya səviyyəsində ildə 4,8 milyon oxucuya çatan, mərkəzi Nyu Yorkda yerləşən səyahət jurnalı “Travel + Leisure”in redaktorlarından olan Erik Ouven (Erica Owen): "İstanbuldakı faciə bizi sarsıtdı. İstanbul və Türkiyə ürəyimizdə xüsusi yer tutur" ifadələrini işlədərək terrorizmin gerçək bir təhdid olduğunu, amma insanların səyahət etməkdən qorxmağa vadar edə bilməyəcəyini deyib.  

  Türkiyənin sahib olduğu gözəllikləri “bənzərsiz" deyə xarakterizə edən Ouven "kəşf edilməyi gözləyən tarixi", "dünya səviyyəsində otelləri", "mədəni və bədii təcrübəsi", "geniş ticarət imkanları" və "xariqüladə mənzərələri" kimi başlıqlar altında Türkiyəni vəsf edib və bütün bunlara görə bu ölkəni sevdiklərini və getməkdən heç zaman imtina etməyəcəklərini vurğulayıb.

  Jurnalın Baş redaktoru Ceffris Bləkkerbi (Jeffries Blackerby) də jurnalda yer alan qısa yazısında "Seçilmiş şəhərlərimizdən biri olan İstanbul qədim və müasir mədəniyyətlərin qovuşduğu fövqəladə bir yerdir" ifadələrini işlədib.

  Redaktorlardan Natan Lamp də qələmə aldığı yazısında: "Avropa ilə Asiyanın kəsişmə nöqtəsində yerləşən İstanbul dünyanın mədəniyyət baxımdan ən maraqlı şəhərlərindən biridir", - cümlələrini yazıb. 



Әlaqәli Xәbәrlәr