R.T. Әrdoğan ‘‘Vәtәnimizi heç vaxt bölә bilmәyәcәklәr’’

Türkiyәnin  dövlət başçısı Rəcəb Tayyib Ərdoğan  Türkiyənin heç vaxt  bölünmәyәcәyini  vurğulayaraq terrorla mübarizәnin qәtiyyәtlә davam edәcәyini deyib.

521098
R.T. Әrdoğan ‘‘Vәtәnimizi  heç vaxt bölә bilmәyәcәklәr’’

Türkiyәnin  dövlət başçısı Rəcəb Tayyib Ərdoğan  Türkiyənin heç vaxt  bölünmәyәcәyini  vurğulayaraq terrorla mübarizәnin qәtiyyәtlә davam edәcәyini deyib.

 Prezident Aparatının işçilәri ilә  iftar yemәyindә bir araya gәlәn Әrdoğan Türkiyәnin  terror tәşkilatlarının hәdәfindә olan ölkә kimi ağır imtihandan keçdiyini qeyd edәrәk: ‘‘Allahın izni ilә  tez vә ya gec terrorun, terror tәşkilatlarının öhdәsindәn gәlәcәyik’’ deyib.

 Türkiyənin heç vaxt  bölünmәyәcәyini qeyd  edən Ərdoğan: ‘‘Vәtәnimizi  heç vaxt bölә bilmәyәcәklәr. Öz-özünə belə xəyal aləmində dolaşanlar, gəzənlər var. Boşuna gəzirsiniz! Əgər bu terror təşkilatları hesab edirlər ki, bizi mövqeyimizdən döndərəcəklər, çox yanılırlar” deyib.

Ərdoğan Atatürk Hava Limanında törәdilәn terror hücumu ilә bağlı bildirib ki: ‘‘Bu insanların nә günahı var idi? Bunun insani, vicdani bir tәrәfi varmı? İslam ilә әlaqәsi varmı? Bir insanın ölümünə səbəb olmaq bütün bəşəriyyətin ölümünə səbəb olmaqdır.  Belə deyir bizim dinimiz’’.

 Türkiyәnin 2023 hәdәflәrinә mütlәq çatacağını deyәn R.T. Әrdoğan: ‘‘ Türkiyənin əsl fəlakəti bu terror hadisələri deyil, hədəflərindən və ideallarından imtina etməsi olar. Biz bundan imtina etməyəcəyik. Millətimizi belə bir fəlakətlə əsla üz-üzə buraxmayacağıq” deyә bildirib.

 Türkiyə ilə İsrail arasında əlaqələrin normallaşdırılması ilә bağlı çox әhәmiyyәtli addımların atıldığını qeyd edәn  Әrdoğan: ‘‘Atılan addımların  Türk millәti vә fәlәstinlilәr üçün  xeyirli olmasını arzulayıram’’ deyib.

 Dövlәt başçısı  Rusiya prezidenti Vladimir Putin ilə hәyata keçirdiklәri  telefon danışığına da  toxunaraq  iki ölkə arasında əlaqələrin sürətlə әvvәlki səviyyəyə çatması barәdә razılığa gәldiklәrini deyib.



Әlaqәli Xәbәrlәr