Aİ-Türkiyə: 33-cü fəsil

Türkiyənin Avropa İttifaqı ilə müzakirələrini 33-cü fəsli bu gün başlayır.

521349
Aİ-Türkiyə: 33-cü fəsil

Türkiyənin Avropa İttifaqı ilə müzakirələrini 33-cü fəsli bu gün başlayır.

“Maliyyə və Büdcə müddəaları” adlı fəsildə quruma üzvlük, Avropa İttifaqı büdcəsini təmin ediləcək fondlar üçün lazımlı maliyyə qaynaqlara bağlı qaydaları yer alır. 33-cü fəsillə yanaşı Avropa İttifaqına üzvlük prosesində 6 ay ərzində daha 2 fəsil açılmış olacaq.

33-cü fəsilə dair müzakirələr Belçikanın paytaxtı Brüsseldə keçiriləcək hökumətlərarası konfransda aparılacaq. Toplantıda Türkiyənin Xarici İşlər naziri Mevlud Çavuşoğlu, Avropa İttifaqı naziri və Başməsləhətçisi Ömər Çelik, Maliyyə naziri Naci Ağbal iştirak edəcək.

Konfrans Türkiyə ilə Avropa İttifaqı arasındakı viza rejiminin aradan qaldırılması məsələsinin yenidən nüzakirəsi baxımından əhəmiyyətli hesab olunur.



Әlaqәli Xәbәrlәr