G. Berdimuhammedov İstanbulda törәdilәn terror hücumu ilә әlaqәdar R.T.Әrdoğana başsağlığı verib

Türkmənistanın  prezidenti Gurbanguly Berdimuhammedov  İstanbulda törәdilәn hücum ilә әlaqәdar Türkiyәnin dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğana başsağlığı  mesajı  göndərib.

520845

 Dövlәt başçısı R.T. Әrdoğana ‘‘Әziz dostum’’ deyә müraciәt edәn G.Berdimuhammedov  İstanbulda törәdilәn vә  çox sayda insanın hәyatını itirmәsinә vә yaralanmasına sәbәb olan xain terror hücumunu pislәyib.

Mesajında  hücuma görә kәdәrlәndiklәrini dilә gәtirәn Berdimuhammedov Türkmәnistanın  terrora qarşı aparılan  mübarizәni dәstәklәdiyini  vurğulayıb.

G. Brdimuhammedov mesajda hәmçinin : ‘‘Bu çәtin dövrdә  Türkmәnistan xalqı vә şәxsәn öz adımdan hәyatını itirәnlәrin ailәlәrinә başsağlığı verir  xәsarәt alanlara  tәcili şәfalar dilәyirәm’’ deyib.

Әlaqәli Xәbәrlәr