DAEŞ terror tǝşkilatına mǝxsus 15 hədəf məhv edilib

Suriyanın şimalında Türkiyə ǝrazilǝrinǝ atǝş açmağa hazırlaşıldığı aşkarlanan DAEŞ terror tǝşkilatına mǝxsus 15 hədəf dünən Türkiyə Silahlı Qüvvələri tərəfindən məhv edilib.

520506
DAEŞ terror tǝşkilatına mǝxsus 15 hədəf məhv edilib

Suriyanın şimalında Türkiyə ǝrazilǝrinǝ atǝş açmağa hazırlaşıldığı aşkarlanan DAEŞ terror tǝşkilatına mǝxsus 15 hədəf dünən Türkiyə Silahlı Qüvvələri tərəfindən “Fırtına obüs” adlanan toplarla edilǝn atǝş vǝ koalisiya təyyarələrinin hava hərəkatı nǝticǝsindǝ məhv edilib.

 Baş Qərargah Rəisliyinin açıqlamasına görə, dünən Suriyanın şimalında DAEŞ terror tǝşkilatına aid silah-sursatın yerlǝşdiyi 15 hədəfdǝ Türkiyə ǝrazilǝrinǝ atəş açılması üçün hazırlaşıldığı müǝyyǝnlǝdirilib.

Terror təşkilatına mǝxsus hǝdǝflǝr koalisiya təyyarələrinin hava hücumlarının da dǝstǝyilǝ məhv edilib.

 İraqın şimalında yerləşən Qəndil bölgəsindəki terror təşkilatı PKK-nın hədəflərinə də dünən hava hərəkatı təşkil olunub.

 Hava Qüvvələri Komandanlığına aid döyüş təyyarələri ilə təşkil olunan hərəkatda terrorçulara aid sığınacaq və sığınacaqların yerləşdiyi 3 hədəf atəş edilǝrǝk məhv edilib.

 Vəzifələrini uğurla tamamlayan döyüş təyyarələri tǝhlükǝsiz şǝkildǝ bazalarına qayıdıb.

 Digər tərəfdən, iyunun 27-də İraqın şimalındakı Qəndil bölgəsinə təşkil olunan hava ǝmǝliyyatı nǝticǝsindǝ 38 terrorçu zǝrǝrsizlǝşdirilib, 7 terrorçu da yaralanıb.



Әlaqәli Xәbәrlәr