Beynəlxalq aləm və İstanbul terror hücumu

İstanbuldakı terror hücumuna siyasət və iş dünyasından tutmuş sənətçilərə qədər dünyanın hər yerindən münasibətlər, Türkiyəyə dəstək mesajları gəlir

520343
Beynəlxalq aləm və İstanbul terror hücumu

  Almaniya kansleri Angela Merkel Atatürk Havalimanını hədəf alan terror hücumunu qınayıb və: ''Bütün türk xalqına terrorla mübarizədə Türkiyənin yanında olduğumuzu və bir-birimizi dəstəkləyəcəyimizi çatdırmaq istəyirəm'', - deyib.

  Fransa prezidenti Fransua Oland: "Bu mənfur hücumu hiddətlə qınayıram. Türkiyədə bir-birinin arınca təşkil edilən hücumlardan kədər duyuruq", - söyləyib.  

  Fransa Baş naziri Manuel Valls isə ölkəsinin terrorizmə qarşı mübarizədə Türkiyənin yanında olduğunu vurğulayıb.

  İtaliya Baş naziri Matteo Renzi sosial şəbəkədən şərh yazaraq: "Ürəyimiz İstanbuldan gələn faciəli xəbərlər qarşısında Türkiyə xalqının acısını paylaşır. Hər yerdə terrora qarşıyıq", - ifadələrini işlədib.

  Səudiyyə Ərəbistanı kralı Səlman Əbdüləziz Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

  İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif isə ictimai media üzərindən bu sözləri paylaşıb: "Terror çirkin üzünü bir daha ortaya qoydu. Şiddət dünyanı təhdid edir. Birlikdə mübarizə aparmalıyıq."

  Amerika Birləşmiş Ştatlarından da hücumu qınayan şərhlər gəlir. ABŞ prezidenti Barak Obama hücumu qınayıb. Amerika Nümayəndələr Palatasının sədri Paul Ryan: "Terrorizm əsla qalib gələ bilməyəcək. Bu xain hücum qarşısında müttəfiqimiz Türkiyənin tərəfindəyik", - ifadələrini işlədib. Amerika Konqresinin bir çox üzvü dəstək və başsağlığı mesajları göndərib.

  Amerika kompüter nəhəngi “Apple”nin şirkətinin başçısı Tim Kuk da hadisəyə laqeyd qalmayıb, hücuma ictimai media hesabından türkcə yayımladığı mesajla "Dualarımız türk xalqı üçündür" deyib.

  Amerikanın məşhur rəqəmsal qurumlarından olan “Huffington Post” hücumda həyatını itirənlərin xatirəsinə qırmızı çiçəklə Türkiyə bayrağını iç-içə keçirən loqo paylaşaraq həmrəylik mesajı verib.

  Tanınmış ispan müğənnisi Enrike İqlesias da sosal şəbəkədən “Qəlbim səninlədir, İstanbul" deyib.

  Atatürk Hava limanındakı terror hücumu dünya mətbuatında geniş əks-səda yaradıb. Qəzet və agentliklərin ilk xəbərləri İstanbuldakı partlayışla bağlıdır, xəbər kanalları Türkiyə ilə bağlı xüsusi buraxılışlar yayımlayır.

Bu arada Ərəb Birliyi  İstanbulun Atatürk Hava Limanında törәdilәn  xain terror hücumunu  qınayıb.

 Baş Katib Nәbil әl-Әrәbi tәrәfindәn verilәn  yazılı açıqlamada ölkәlәrin tәhlükәsizliyini   vә sabitliyini  tәhdid edәn  terrorun  hәr növü ilә  mübarizә üçün  beynәlzalq vә  regional sәylәrin birlәşdirilmәsinin әhәmiyyatini vurğulayıb.

 Qeyd edәk ki,  Qətər, Küveyt, Tunis, İraq ,  Suriya və Misirdəki Müsəlman Qardaşlar Təşkilatı (İhvan) da hücuma reaksiya göstərmişdi.



Әlaqәli Xәbәrlәr