Atatürk Hava limanı fəaliyyətini bərpa edib

Türk Hava Yolları şirkəti iyunun 28-i ilə iyulun 5-i arası Atatürk Hava limanından həyata keçirilməsi nəzərdə tutulan bütün səfərlərə dair dəyişikliklərin pulsuz ediləcəyini açıqlayıb

520329
Atatürk Hava limanı fəaliyyətini bərpa edib

  Türkiyə Hava Yolları şirkəti İstanbulun Atatürk Hava limanında törədilən terror aktıyla əlaqədar yaranan bilet satışı və iptal problemlərini həll edib. Havayolları şirkəti iyunun 28-i ilə iyulun 5-i arası Atatürk Hava limanından həyata keçirilməsi nəzərdə tutulan bütün səfərlərə dair dəyişikliklərin pulsuz ediləcəyini açıqlayıb. İstifadə edilməmiş biletlərdən isə geriyə uçuş ödənişsiz mümkün olacaq. Biletlərinin müddətini uzatmaq istəyən sərnişinlər isə hər hansı bir ödəniş fərqi olmadan və məsuliyyətə cəlb edilmədən biletin etibarlılığını iyulun 31-dək uzada biləcəklər.

  Sərnişinlər bu barədə bütün məlumatları Türk Hava Yolları rəsmi internet saytı və ya çağırış mərkəzindən əldə edə bilərlər.



Әlaqәli Xәbәrlәr