Papanın sözlǝri ermǝnilǝrin iddialarına şǝrtsiz bağlı olduğunun sübutudur

Türkiyǝ Papanın sözlǝrinin ermǝnilǝrin iddialarına şǝrtsiz bağlı olduğunu bir daha göstǝrdiyini açıqlayıb.

519136
Papanın sözlǝri ermǝnilǝrin iddialarına şǝrtsiz bağlı olduğunun sübutudur

Türkiyǝ Papanın sözlǝrinin ermǝnilǝrin iddialarına şǝrtsiz bağlı olduğunu bir daha göstǝrdiyini açıqlayıb.

Xarici İşlǝr Nazirliyinin açıqlamasında Papa Fransiskin 24-26 iyunda Ermǝnistana sǝfǝri zaman ifadǝ etdiyi sözlǝr yer tutub.

Açıqlamada bildirilib ki, Roma Papası Fransisk 1915-ci il hadisələri ilə bağlı tarixi reallıqlara söykənməyən və hüqüqla əlaqəsi olmayan ifadə işlətməklə ermənilərin dediklərinə şərtsiz bağlı olduğunu bir daha göstərib.

Baş nazirin müavini Nurǝddin Canikli dǝ Papanın hǝqiqǝtlǝrlǝ üst-üstǝ düşmǝyǝn sözlǝri ilǝ bağlı öz reaksiyasını göstǝrǝrǝk demişdir ki, Papanın da Papalığın fǝaliyyǝtlǝrindǝ dǝ sǝlib mentalitenin bütün ǝks-sǝdalarını görmǝk mümkündür.



Әlaqәli Xәbәrlәr