N.Kurtulmuş Rusiya-Türkiyə münasibətlərinə dair bəyanatlar verib

Baş nazirin müavini və hökumət  nümayәndәsi  Numan Kurtulmuş  sәrbәst viza rejimi vә  Rusiya-Türkiyə münasibətlərinə dair bəyanatlar verib.

519144
N.Kurtulmuş Rusiya-Türkiyə münasibətlərinə dair bəyanatlar verib

Baş nazirin müavini və hökumət  nümayәndәsi  Numan Kurtulmuş  sәrbәst viza rejimi vә  Rusiya-Türkiyə münasibətlərinə dair bəyanatlar verib.

Numan Kurtulmuş  Çankaya Köşkündə Baş nazir Binali Yıldırımın  sədrliyi ilə keçirilən nazirlər kabinetinin iclası davam edərkən jurnalistlərə açıqlama verib.

Kurtulmuş  Türkiyənin Avropa İttifaqı ilə әldә olunan müqavilәyә әmәl edәn ölkə olaraq sәrbәst viza rejiminә aid gözləntilərinin son dərəcə açıq olduğunu, razılaşdırılmış  mәsәlәlәrdә dә  addımların atılması üçün prosesin başlamasının  lazım olduğunu söyləyib.

Rusiya ilə münasibətlərə də toxunan Numan Kurtulmuş  Türkiyə - Rusiya münasibətlərindəki  irәlilәyişin   sürətləndiyini deyib.

Kurtulmuş Türkiyə - Rusiya münasibətlərindəki  irәlilәyişin   xüsusilə dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binalı Yıldırım və XİN rәhbәri  Mövlud Çavuşoğlunun  Rusiyanın milli günü münasibətilə Rusiya prezidenti Vladimir Putinə göndərdikləri məktublardan sonra  sürətləndiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr