Ərdoğanın Orucluqda növbəti sürpriz səfəri

Hər kəs dövlət başçısının orucu Kayseridə açaracağını gözləyirdi, amma o birdən marşrutu dəyişrərək Cizreyə yol alıb

518283
Ərdoğanın Orucluqda növbəti sürpriz səfəri
Erdoğan, cizre, iftar.jpg

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan yenə əsgərlərə sürpriz edib və onlarla iftarda bir araya gəlib. Bu, Ərdoğanın rəsmi protokol proqramında yox idi. Hər kəs dövlət başçısının orucu Kayseridə açaracağını gözləyirdi, amma o birdən marşrutu dəyişrərək Cizreyə yol alıb.

  5 gün əvvəl də Ərdoğan sürpriz səfər gerçəkləşdirmiş və orucunu Mardindəki əsgərlərlə birlikdə açmışdı. Ramazanın 20-ci günündə isə Şırnakın Cizre qəsəbəsində 172-ci Zirehli Briqada Komandanlığı əsgərilə iftarda bir araya gəlib.

  Əsgərlərə xitab edən Ərdoğan çıxışında bunları söyləyib: "Siz şəhidlik nə deməkdir, bilir və buna inanırsınız. PKK-lı terrorçular isə şəhid deyil, bunu da bilirsiniz. Allah görür ki, siz vətən və dini üçün mübarizə aparan övladlarımız, qəhrəman şəhidlərimizsiniz.”

  Türkiyə Ordusu Baş Qərargah rəisi general Hulusi Akar, dəniz, havaçılıq və jandarma komandirləri, Avropa İttifaqı üzrə nazir və Baş müşavir Ömər Çelik və Ekologiya və Şəhərsalma naziri Mehmet Özhaseki də Cizre səfərində Ərdoğana yoldaşlıq edirdi.

  PKK ilə mübarizənin sona yaxınlaşıldığını söyləyən dövlət başçısı əməliyyatların ölkə dincliyə qovuşana qədər davam edəcəyini bir daha təkrarlayıb. Zəfərin yaxın olduğunu vurğulayan Ərdoğan terror təşkilatı PKK-nın sözdə bayraq dediklərini cır-cındır adlandırıb və sonra bunları deyib: “Hər kəsin öz nəsil-əcabətilə təbii öyünmə haqqı var. Amma nə türkün kürdə, nə kürdün türkə üstünlüyü yoxdur. Üstünlük yalnız Allaha ibadətlədir."



Әlaqәli Xәbәrlәr