Rəcəb Tayyib Ərdoğan Xalid Məşəli qəbul etdi

Türkiyənin  dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Həmas Siyasi Büro sədri Xalid Məşəl ilə görüşdü

517842
Rəcəb Tayyib Ərdoğan Xalid Məşəli qəbul etdi

 
 Prezident Aparatından verilən məlumata görə, Ərdoğan  Məşəlin başçılıq etdiyi nümayəndə heyətini İstanbulda Ulduz Mabeyn Köşkündə qəbul edib.
 
 Görüşdə fələstinlilər arasındakı fikir ayrılıqlarının aradan qaldırılmasına dair səylər və Türkiyə tərəfindən fələstinlilərə edilən humanitar yardım məsələləri müzakirə edilib.
 
 Prezident Ərdoğan Türkiyənin fələstinlilərin problemlərini yüngülləşdirilməsinə böyük əhəmiyyət verdiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr