Baş nazir Binali Yıldırım: “ Aİ, bölgə ölkələrini tǝcrid anlayışından imtina etmǝlidir”

Baş nazir Binali Yıldırım, Birləşmiş Krallığın Aİ-dan çıxması qǝrarı ilǝ bağlı münasibǝt bildirib.

517562
Baş nazir Binali Yıldırım: “ Aİ, bölgə ölkələrini tǝcrid anlayışından imtina etmǝlidir”

O deyib: “Biz Avropa İttifaqının güclənərək varlığının daimi olmasını istǝyirik. Avropa İttifaqının qorunması bölgənin sabitliyi üçün böyük əhəmiyyət kǝsb edir. Ancaq Avropa İttifaqı da bölgə ölkələrini tǝcrid edǝn anlayışa son qoyaraq daha ǝdalǝtli vizyon və gələcək üçün lazımlı addımları atmalıdır”

Baş nazir Yıldırım deyib ki, "Türkiyənin İttifaqa tam hüquqlu üzvlük prosesi yekunlaşdıqdan sonra, üzv olub olmama qǝrarı Türk milləti tǝrǝfindǝn verilǝcǝk. Bu da ǝn tǝbbii haqdır. Biz üzvlüklǝ bağlı lazımlı addımları atırıq, hazırlıqları tamamlamağa sǝy edirk. Vaxtı gǝlib çatdıqda isǝ nǝhai qǝrarı qǝbul  edǝcǝk  olan yenǝ  Türk millǝti  olacaqdır”.

 



Әlaqәli Xәbәrlәr