Türk Silahlı Qüvvәlәrinin terrorçulara qarşı hava әmәliyyatları davam edir

Türk Silahlı Qüvvələri   separatçı terror təşkilatı PKK-ya qarşı  ölkә daxilindә vә xaricindә hava әmәliyyatı hәyata keçirib.

516333
Türk Silahlı Qüvvәlәrinin terrorçulara qarşı hava әmәliyyatları davam edir

Dünən axşam saatlarında  Diyarbəkirin Licә qәsәbәsindә  həyata keçirilən hava әmәliyyatında terror tәşkilatı PKK-nın mövqelәri atәşә tutulub.

 Gecә saatlarında isә İraqın şimalında yerlәşәn Sinat, Haftanin vә Metina  bölgәlәrinә  hava әmәliyyatı tәşkil edilib.

 Әmәliyyat nәticәsindә terrorçulara mәxsus mövqelәr mәhv edilib.

Digәr tәrәfdәn Suriyanın şimalından  Türkiyәyә atәş açmağa hazırlaşan  mövqelәr fırtına mәrmilәri ilә atәşә tutulub. Әmәliyyata koalisiya qüvvәlәrinә mәxsus tәyyarәlәr dәstәk verib.

Hәyata keçirilәn әmәliyyat nәticәsindә ilkin mәlumatlara görә 8 DEAŞ üzvü terrorçu  zәrәrsizlәşdirilib.



Әlaqәli Xәbәrlәr