İbrahim Kalın  İsrail və Rusiyaya aid  əhəmiyyətli açıqlamalar verdi

Türkiyə prezidentinin sözcüsü İbrahim Kalın  İsrail və Rusiyaya aid  əhəmiyyətli açıqlamalar verdi.

516694
İbrahim Kalın  İsrail və Rusiyaya aid  əhəmiyyətli açıqlamalar verdi


 İbrahim Kalın  televiziya kanalında gündəmə dair sualları cavablandırdı.
 
 Türkiyə-İsrail müzakirələrinə dair əhəmiyyətli açıqlamalar verən Kalın Qəzzaya tətbiq olunan embarqonun qaldırılması istiqamətində İsrail ilə müəyyən bir nöqtəyə gəlindiyini və Qəzzaya yardımların maneəsiz çatdırılacağını dilə gətirdi.
 
 İsrail ilə münasibətlərin normallaşması ilə bağlə müəyyən bir nöqtəyə gəlindiyini bildirən Kalın: "Hamasın İstanbulda  ofisi yoxdur. Hərbi bazası yoxdur. Təlim, hərbi koordinatlar əsla müzakirə predmeti ola bilməz. Hamas ilə  görüşməyə davam edəcəyik. Fələstin rəhbərliyi ilə də görüşməyə davam edəcəyik. Mahmud Abbas ilə də görüşməyə davam edəcəyik" deyə danışdı.
 
 İbrahim Kalın Türkiyə-Rusya münasibətləri ilə əlaqədar Türkiyənin hava məkanını pozduğu üçün rus döyüş təyyarəsinin vurulmasına görə Türkiyə tərəfinin üzr istəməsi və təzminat ödəməsi məsələsinin də müzakirə predmeti olmadığını dedi.
 
 Prezident sözçüsü Suriyada Bəşər Əsəd məsələsi ilə əlaqədar  Türkiyənin mövqeyinin dəyişmədiyini, Əsədin orada olduğu müddətdə vətəndaş müharibəsinin bitməyəcəyini bildirdi.
 
 Bəzi ölkələrin Suriya siyasətini terror təşkilatı PYD-nin üzərində inşa etməsinin də düzgün olmadığını vurğulayan Kalın: "Bir daha israrla vurğulayıram,Türkiyənin PYD məsələsindəki mövqeyi kürdlərlə bağlı bir mövqe deyil. Suriyada yaşayan kürdlərinin kimlik məsələsini Əsəd ilə Ərdoğan müzakirə etmişdi. Suriya kürdlərinə PYD vasitəsilə  kimlik biçməyə çalışırlar. Bu onlara edilən ən böyük ədalətsizlikdir" dedi.



Әlaqәli Xәbәrlәr