Baş nazir Avropa İttifaqına xəbərdarlıq edib

Türkiyənin baş naziri Binali Yıldırım dost dedikləri bəzi ölkələrin terror təşkilatı PKK ilə əməkdaşlıq etdiyini deyib.

516347
Baş nazir Avropa İttifaqına xəbərdarlıq edib

Sabiq deputatlarla iftar süfrəsində bir araya gələn baş nazir bildirib ki, terrora qarşı fəal mübarizənin aparıldığı bir vaxrtda bəzi dövlətlərin terrorçularla yardım etməsi diqqətdən yayınmır.

Türkiyədə terror mövzusunun gündəmdə olmasını istəmədiklərini söyləyən Yıldırım qeyd edib ki, gənc nəsillər üçün daha böyük layihələr həyata keçirilməsi qarşıya məqsəd qoyulub.

Türkiyənin Avropa İttifaqına üzvlük məsələsinin gecikməsinə də toxunan baş nazir quruma xəbərdarlıq edib. Onun sözlərinə görə, Türkiyənin müstəqilliyindən, ərazi bütövlüyündən daha əhəmiyyətli heç bir şey yoxdur. Nə sərbəst viza rejimi, nə də ki digərləri.

Ankaranın öhdəliklərini yerinə yetirdiyini xatırladan baş nazir bəyan edib ki, Avropa İttifaqı da dürüst davranmalıdır, Türkiyənin daxili işinə qarışmamalıdır.



Әlaqәli Xәbәrlәr