“Türkiyənin güclü olması, İslam alǝminin güçlü olması mǝnasını verir”, N. Kurtulumuş

“Türkiyənin güclü olması, İslam alǝminin güçlü olması mǝnasını verir”. Bunu Baş nazir müavini Numan Kurtulmuş deyib.

515728
“Türkiyənin güclü olması, İslam alǝminin güçlü olması mǝnasını verir”, N. Kurtulumuş

Baş nazir müavini Numan Kurtulmuş, Ordu şǝhǝrindǝ Mədəniyyət və İncəsənət Dərnəyi tərəfindən verilǝn iftar yemǝyindǝ etdiyi çıxışında: “Ramazan insanlara tǝkcǝ tərbiyə, səbr, kasıbın, bǝdbaxtın, ev eşiyi olmayanın mövqeyini dǝrk etdirmir. Eyni vaxtda bütün hümanitar ǝxlaqı xatırlayıb yenidən öyrədir.

İslam coğrafiyasına nǝzǝr salındığında, bu ǝrazilǝrdǝ şanlı, şərəfli, gözəl günlərin yaşanmadığının müşahidǝ edildiyini ifadǝ edǝn Kurtulmuş,

“İslam coğrafiyası, vǝtǝndaş müharibǝlǝrinin hökm sürdüyü, bombaların partladığı, insanların həyatını itirdiyi, şəhərlərin, ölkələrin işğal altında tutulduğu bir dövrdən keçir.  Aclığa, qıtlığa, cəhalətə, çarəsizliyǝ qarşı mübarizǝ edir. İslam  alǝminin bu çətin vəziyyətdən xilas olması üçün elm, irfan, hikmət, birlik və bərabərlik yolunda lazımlı addımlar atılmalıdır” deyǝ vurğulayıb.



Әlaqәli Xәbәrlәr