Türkiyə Misir Məhkəməsini qınadı

Türkiyə Misirdə çevrilişlə vəzifəsindən uzaqlaşdırılmış, ölkənin seçilmiş ilk prezidenti Məhəmməd Mursiyə verilən ümumi 40 il həbs cəzasını haqsız qəbul edib

513846
Türkiyə Misir Məhkəməsini qınadı

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, "Türkiyə Misirin demokratik yollarla seçilmiş və 2013-cü ildən bu yana məhbus olan prezidenti Məhəmməd Mursinin ömürlük həbs cəzasına məhkum edilməsini dərin kədərlə qarşılayır və qınayır. Bu qərar Misirin dinclik və sabitliyinə rahatlıq gətirməyəcək."

  Xatırladaq ki, Misirin Qahirə Cəza Məhkəməsi Məhəmməd Mursiyə ölkədə qadağanlı terror təşkilatı olaraq qəbul edilən “Müsəlman Qardaşlar”ı (İhvan) idarə etmək ittihamı ilə ömürlük (25 il), dövlətə aid gizli sənədləri Qətərə sızdırmaqla bağlı isə 15 il həbs cəzası verib.



Әlaqәli Xәbәrlәr