“Tək vətən, tək dövlət və tək bayraq”, B.Yıldırım

Türkiyənin Baş naziri Binəli Yıldırım Türkiyənin 79 milyon vətəndaşıyla terroru aradan qaldıracaq və hər cür hiyləni pozacaq qüdrətə sahib olduğunu söyləyib

513646
“Tək vətən, tək dövlət və tək bayraq”, B.Yıldırım

   Ailə və Sosial Siyasətlər Nazirliyi ilə İzmir Valiliyinin İzmirdə şəhid ailələri üçün təşkil etdiyi iftar proqramına qatılan Baş nazir yeməkdən sonra çıxış edib. Terror təşkilatlarından alət kimi istifadə edən ölkələrə mesaj göndərən Binəli Yıldırım deyib: "Biz bu terroru aradan qaldıracağıq, amma siz bunlara dəstək verdiyiniz üçün bu millətin üzünə baxa bilməyəcəksiniz."

  Terrora veriləcək ən gözəl cavabın birlik, qardaşlıq olduğunu vurğulayan Baş nazir Türkiyənin 79 milyon vətəndaşıyla tək vətən, tək millət, tək dövlət və tək bayraq altında əbədi yaşamağa davam edəcəyini söyləyib.

  Yıldırım şəhid ailələri – ana-ata, həyat yoldaşı, uşaq və yaxınlarının Türkiyə Respublikasının təminatı altında olduğunu da ifadə edib.



Әlaqәli Xәbәrlәr