Türkiyə AP-nin qərarını geri çevirdi

Türkiyə Avropa Parlamentinin erməni iddialarıyla bağlı qərar sənədini geri qaytarıb

513248
Türkiyə AP-nin qərarını geri çevirdi

  Aprel ayında 375 səslə qəbul edilən qərar dünən Türkiyənin Avropa İttifaqı Daimi Nümayəndəliyinə göndərilib. Qovluq gəlir-gəlməz Türkiyə Nümayəndəliyi onu geri qaytarıb. Səbəbi 1915-ci hadisələrilə bağlı erməni iddialarını soyqırım kimi tanımağa çağıran ifadələrin işlədilməsidir.

  Avropa İttifaqının Türkiyə üzrə əvvəlki naziri Volkan Bozkır qərarı yox hökmündə saydıqlarını söyləyərək deyib: "Ötən il biz fikrimizi bildirdik  ki, “1915-ci il hadisələrinə sözdə soyqırım deyiləcəksə, biz bu qərarı tanımayacaq, sənədi geri göndərəcəyik”. Dediyimizi etdik. Bu il də, təəssüf ki, eyni adla Avropa Parlamenti Türkiyəyə bu qərarı göndərir. Yenə də onu yox hökmündə qəbul edir, qərarı etibarsız sayırıq.”



Әlaqәli Xәbәrlәr