“Kimi aldadırsınız?” R.T.Ərdoğan

"Avropa Parlament binasının dəhlizlərinə terror təşkilatlarının əskilərini asanlar, qarşısında poz verənlər və onları bu şəkildə hərəkətlərə sövq edənlərin “Biz terrorla mücalidə edirik” demək haqqları yoxdur!"

513243
“Kimi aldadırsınız?” R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan terrorla mübarizədə əməliyyatların ölkəyə dinclik, rifah gətirənə qədər davam edəcəyini bildirib.

  Ərdoğan qeyri-hökumət təşkilatları tərəfindən İstanbul Haliç Konqres Mərkəzində təşkil edilən iftar süfrəsində çıxışı zamanı terrorla mübarizədə xalqın birlik və bərabərliyinə işarə edərək deyib: "Biz bir olsaq, iri olsaq, diri olsaq, qardaş olsaq, həmişə birlik içində olsaq, Türkiyə bu işi başa vurar. Yoxsa terrorçular məktəbli uşaqları belə ələ keçirməyə başlayıblar. Niyə? Çünki başqa çıxış yolları qalmayıb. Amma biz də “gəlirik” dedik, gəldik. Paralelçilrə də “gəlirik” dedik, gəldik. Haradan, kimlərdən necə dəstək alırsınızsa alın, üstünüzə gəlir və gələcəyik."

  Avropa ölkələrinə də səslənən Ərdoğan bunları deyib: "Avropa Parlament binasının dəhlizlərinə terror təşkilatlarının əskilərini asanlar, qarşısında poz verənlər və onları bu şəkildə hərəkət etməyə sövq edənlərin “Biz terrorla mücalidə edirik” demək haqqları yoxdur. Avropa Parlamentinin başında duranlara deyirəm: “Kimi aldadırsınız? Bu hərəkətlərinizlə siz bir yerə çata bilməzsiniz."



Әlaqәli Xәbәrlәr