R.T. Әrdoğan iş adamları və səfirlərlə iftar yemәyindә bir araya gəlib

Türkiyәnin dövlәt başçısı R.T. Ərdoğan dünən Prezident İqamәtgahında Xarici İqtisadi Əlaqələr Komitəsi (DEİK)-in  nəzdindəki iş adamları və səfirlərlə iftarda bir araya gəlib.

511767

Türkiyәnin dövlәt başçısı R.T. Әrdoğan çıxışı zamanı  Türkiyədə, Fransada, Belçikada, Pakistanda, Amerikada baş verən terror hadisələri  sәbәbindәn yüzlərlə günahsız insanın həyatını itirdiyini, dünyanın bir çox yerində isә   insanların  təzyiqlərə, əzab-əziyyətlərə məruz qaldığını bildirib.

‘‘Zülmə heç vaxt  göz yumulmamalıdır’’ deyәn  Әrdoğan  məzlumlara hamı sahib çıxmalıdır  deyib.

Әrdoğan bildirib ki, dünyanın güc oyunlarına deyil, bəşəriyyətin problemlərinə həll yolu  tapılmasına ehtiyacı  var.

 Amerika Birləşmiş Ştatlarının  prezidenti Barak Obama ilə Orlandoda törәdilәn hadisә səbəbi ilə telefon әlaqәsi saxladığını  deyən Ərdoğan, bütün bu hadisələrə qarşı  birgә hәrәkәt edilmәlidir  yoxsa terror  hәr gün fәrqli   ölkәnin qapısını çalacaq deyib.

 Türkiyənin Avropa İttifaqına tam hüquqlu üzvlüyünü strateji hədəf olaraq gördüklərini vurğulayan  Ərdoğan  Avropada 6 milyondan çox Türkün yaşadığını bildirib.

 Әrdoğan viza sәrbәstliyi mәsәlәsinin dә yaxın zamanda hәll edilәcәyini deyib.

Әlaqәli Xәbәrlәr