Ərdoğan Mardində əsgərlərlə birlikdə iftar yeməyi yedi

Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan terror təşkilatı PKK-ya qarşı aparılan əməliyyatların 11 qəsəbə və bir şəhərdə bitdiyini, lakin mübarizənin davam edəcəyini söylədi.

511004
Ərdoğan Mardində əsgərlərlə birlikdə iftar yeməyi yedi
erdoğan, mardin'de.jpg


  Ərdoğan Mardinin 70-ci Piyada Briqadasının əsgərləri ilə iftar yeməyində görüşdü.
 
 Əsgərlərə xitabən çıxışında Ərdoğan Türk Silahlı Qüvvələrinin üzvləri ilə Ramazan ayında mənalı bir iftar süfrəsində bir araya gəldiklərini ifadə etdi.
 
 Ərdoğan təhlükəsizlik qüvvələrinin terrorizmlə mübarizədə müqəddəs bir vəzifə icra etdiklərini vurğuladı.
 
 PKK-nın xain terror hücumlarına qarşı iyulun 20-dən bu yana çox ciddi əməliyyatlar keçirildiyinə diqqəti çəkən Ərdoğan indiki vəziyyəti  dönüş nöqtəsi kimi xarakterizə etdi.
 
 Məktəbləri, ibadətgahları və günahsız insanların evlərini yandırıb xaraba qoyan, təcili yardım maşınlarına atəş açan, kiçik yaşdakı qız uşaqlarını qaçıran terror təşkilatı PKK-nın qırğınlarından qaçan xalqın yenidən evlərinə qayıtması məsələsinə toxunan Ərdoğan abadlıq, tikinti və bərpa işlərinin sürətlə yerinə yetiriləcəyini söylədi.
 
  Cənub-şərqi Anadolu bölgəsində yaşayan insanların arasında vətən üçün canından keçməyə hazır olan qardaşların olduğunu qeyd edən Ərdoğan bir millət, bir bayraq, bir vətən, bir dövlət vurğusunu burada da təkrarladı.



Әlaqәli Xәbәrlәr