Türkiyə Xarici İşlər naziri arakanlı müsəlmanlarla görüşüb

Çavuşoğlu Arakandan təcrid edilən Sitve şəhərindəki müsəlman məhəlləsi olan Auna Minnara da baş çəkib.

510219
Türkiyə Xarici İşlər naziri arakanlı müsəlmanlarla görüşüb

“Arakanlı müsəlmanların hüquqlarının müdafiəsi üçün lazımi addımlar atılacaq”.

Bunu Myanmaya səfəri çərçivəsində Arakana gələn Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

 Çavuşoğlu Arakandan təcrid edilən Sitve şəhərindəki müsəlman məhəlləsi olan Auna Minnara da baş çəkib.

Auna Minnar 2012-də fanatik buddistlərin müsəlmanlara hücum etməsindən sonra şəhərdə qalan yeganə müsəlman məhəlləsidir. Məhəllə sanki açıq həbsxananı xatırladır. Bu məhəllədə müsəlmanların çölə çıxmaları, təhsil almaları, hətta xəstələrini xəstəxanaya aparmaları belə yasaq olunub.

Burada həyatın davam etməsi Türkiyədən edilən yardımlarla bağlıdır.

Türkiyənin arakanlı müsəlmanları heç vaxt unutmayacağını deyən Çavuşoğlu  Türk İşbirliyi və Koordinasiya Agentliyinin onlara bir məktəb və klinika açacağını bildirib.

Türkiyə Xarıcl İşlər naziri daha sonra arakanlı müsəlmanlarla birlikdə iftarını açıb.

 Türk İşbirliyi və Koordinasiya Agentliyi və Türkiyə səfirliyinin təşkil etdiyi iftarda 4 min nəfərə ziyafət verilib, sülh üçün dualar edilib.

 Çavuşoğlu Arakanda buddistlərlə də bir araya gəlib.



Әlaqәli Xәbәrlәr