Binəli Yıldırım terrorun yaxşı və pisinin olmadığını bildirib

Bunu baş nazir Binəli Yıldırım İstanbulda Ədalət və İnkişaf Partiyasının iftar proqramında çıxışında deyib.

509495
Binəli Yıldırım terrorun yaxşı və pisinin olmadığını bildirib

“Terrorun yaxşısı, pisi olmaz. Bizə düşmənçilik edənlər bunun hesabını ödəyəcəklər”. Bunu baş nazir Binəli Yıldırım İstanbulda Ədalət və İnkişaf Partiyasının iftar proqramında çıxışında deyib.  Türk millətini bölməyə kimsənin gücünün çatmayacağını vurğulayan baş nazir qeyd edib ki, əsgəri və polisi şəhid edən terrorçular günahsız insanları belə öldürməkdən çəkinmirlər. Bu terror təşkilatı- PKK xarici mənbələrdən idarə olunur.

Terror təşkilatının məqsədinin həm də Türkiyəni parçalamaq olduğunu xatırladan Yıldırım bildirib ki, indi həqiqi dostluğun sınandığı zamandır. Xain terror təşkilatının başını sığallayan dostlarımız gün gələcək millətimizin üzünə baxa bilməyəcəklər.

 Türkiyənin dostluğa sadiq olduğunu vurğulayan baş nazir bir daha ölkəsi ilə düşmənçilik edənləri bu əməldən çəkinməyə dəvət edib. ”Bizə düşmənçilik edənlər də bir dəfə yox, beş dəfə düşünməlidirlər. Türk milləti bu torpaqlarda min illərboyu tarix yaza-yaza gəlib. Bizi səhv salanlar bunun bədəlini mütləq ödəyəcəklər"-, deyə  Binəli Yıldırım xəbərdarlıq edib.



Әlaqәli Xәbәrlәr