R.T. Ərdoğan: ''YPG,PYD ilә DEAŞ-ın mәqsәdlәri eynidir''

Türkiyәnin dövlət başçısı Rəcəb Tayyib Erdoğan  mәscidlәri  hədəf alan terror təşkilatı PKK-nın bu torpaqlara aid olmadığını deyib.

509010
R.T. Ərdoğan: ''YPG,PYD ilә DEAŞ-ın mәqsәdlәri eynidir''

Türkiyәnin dövlət başçısı Rəcəb Tayyib Erdoğan  mәscidlәri  hədəf alan terror təşkilatı PKK-nın bu torpaqlara aid olmadığını deyib.

R.T. Ərdoğan  İstanbulda Birlik Fondunun iftar yemәyindә çıxış edib.

 Әrdoğan çıxışı zamanı Ramazan ayının Türkiyәyә,Türk millәtinә, mәzlumlara vә bütün  İslam alәminә  xeyirlәri  olmasını   arzulayıb.

Dövlәt Başçısı könül zәnginliyinin nә dәrәcә әhәmiyyәtli  olduğunun son 6 ildir Suriya vә İraqdakı münaqişәlәrdәn qaçan qaçqınlar mәsәlәsindә  nümayiş etdirilәn davranışla bir daha  görüldüyünü bildirib.

Dövlətin büdcəsindən Suriyalı qaçqınlar üçün 10 milyard dollardan çox pul xәrclәdiklәrini  vurğulayan Ərdoğan;

  ‘‘Qeyri-hökumәt  təşkilatlarımız, bələdiyyələrimiz də ən azı o qədər xәrclәdilәr.   Niyə? Çünki bu millətin içindә  İslam var. Çünkü bizim inamımıza görә  ‘‘verən əl  alan əldən  daha xeyirlidir’’ anlayışı vә  inamı  var" deyib.

Әrdoğan bütün dünyanın üz döndәrdiyi, görməzlikdən  gəldiyi  Suriyalı qaçqınlar məsələsində  bütün  Türkiyәnin seferber olduğunu qeyd edib.

 R.T.Әrdoğan  milli  gәliri Türkiyәdәn qat-qat çox olan  ölkәlәrin tәhlükәsizlik tәdbirlәrini güclәndirәrәk vә  sәrhәdlәrini bağlayaraq bu insanların problemlәrinә laqeyd qaldığını  vurğulayıb.

Terror tәşkilatı YPG,PYD vә DEAŞ-ın mәqsәdlәrinin eyni olduğunu vurğulayan  Әrdoğan: ‘‘ Bәzi dost ölkәlәr  PYD, YPG-nin  terror tәşkilatı DEAŞ-a qarşı mübarizә apardığını vә bunun  üçün onlara dәstәk verdiyini deyir. Әl Nusranı terror tәşkilatı olaraq qәbul edirsiniz. Әl Nusra da DEAŞ-a qarşı döyüşür. Onu niyә dost kimi qәbul etmirsiniz. Bizә görә yaxşı terrorçu pis terrorçu olmaz. Bizim üçün terror tәşkilatlarının hamısı eynidir. Biz bu mәsәlәyә belә baxırıq’’ deyib.



Әlaqәli Xәbәrlәr