Numan Kurtulmuş televiziya rәhbәrlәri ilә bir araya gәlib

Baş nazirin  müavini  Numan Kurtulmuş  terrorla mübarizə mәsәlәsindә medianın ciddi  rol oynadığını  söyləyib.

509007
Numan Kurtulmuş televiziya rәhbәrlәri ilә bir araya gәlib

Baş nazirin  müavini  Numan Kurtulmuş  terrorla mübarizə mәsәlәsindә medianın ciddi  rol oynadığını  söyləyib.

Kurtulmuş  İstanbuldakı Baş Nazirliyin  Dolmabaxça ofisində televiziya rəhbərləri və nümayəndələri ilә iftar yemәyindә  bir araya gəlib.

Baş nazirin müavini çixişi zamanı  təhlükəsizlik orqanlarının uzun zamandır  terrorla mübarizəni davam etdirdiyini vurğulayaraq  medianın   bu mәsәlәyә daha hәssas yanaşmasının vacib olduğunu  deyib.

Terrorla mübarizә  mövzusundakı  hәssaslığın әhәmiyyәtinә toxunan  Numan Kurtulmuş,  terrorrun cәmiyyәtdәki  pis tәsirlәrini  azaldmaq üçün medianın  dәstәyinә ehtiyac olduğunu deyib.



Әlaqәli Xәbәrlәr