Qaçqınların bir qismi Türkiyəyə geri göndərildi

Bununla bu günə qədər Türkiyə-Avropa İttifaqı razılığı çərçivəsində 31-i suriyalı olmaqla 462 immiqrant geri göndərilmiş olub

507675
Qaçqınların bir qismi Türkiyəyə geri göndərildi

  Türkiyə və Avropa İttifaqı arasında mart ayında əldə olunan immiqrant razılaşması çərçivəsində Yunanıstanın Sakız adasında suriyalı 13 qaçqın Türkiyəyə qaytarılıb.

  Suriyalılar Yunanıstana etdikləri sığınacaq tələblərindən vaz keçdikdən sonra təyyarə ilə Adanaya göndərilib. Bununla bu günə qədər Türkiyə-Avropa İttifaqı razılığı çərçivəsində 31-i suriyalı olmaqla 462 immiqrant geri göndərilmiş olub.

  Xatırladaq ki, nizamsız köç və insan qaçaqçılığıyla mübarizə məqsədiylə Türkiyə ilə Avropa İttifaqı arasında Brüsseldə müqavilə imzalanıb. 4 apreldə bağlanan müqaviləyə görə, Türkiyə öz torpaqlarından Yunanıstanın Midilli, Sakız, Sisam, İstanköy və İleryoz adalarına 20 martdan etibarən keçən immiqrantları geri qəbul edir. Bu adamların hüquqi əməliyyatları zamanı olduqları adaları tərk etmələrinə icazə verilmir.

  Suriyalı qaçqınlar təyyarə ilə Adanaya, digər immiqrantlarsa dəniz yolu ilə Türkiyəyə geri göndərilib.  



Әlaqәli Xәbәrlәr