Midyatda törәdilәn xain hücum nәticәsindә bir polis ilә iki mülki vәtәndaş hәyatını itirib

Türkiyәnin Mardin şәhәrinin  Midyat  qәsәbәsindә  Polis İdarəsinә PKK üzvü  terrorçuların  bomba yüklü avtomobil ilә tәşkil etdiklәri hücum nәticәsindә ilkin mәlumatlara görә  iki qadın polis әmәkdaşı ilә  iki  mülki vәtәndaş hәyatını itirib.

506603
Midyatda törәdilәn xain hücum nәticәsindә bir polis ilә iki mülki vәtәndaş hәyatını itirib

Hücum nәticәsindә  34 nәfәr dә yaralanıb.

Hәyatını itirәn qadın polislәrdәn birinin  6 aylıq hamilә olduğu bildirilib.

Partlayış nәticәsindә  әtrafda yerlәşәn binalara  ciddi ziyan dәyib.

Bölgәyә әlavә tәhlükәsizlik qüvvәlәri göndәrilib.

Qeyd edәk ki, Türkiyәnin DİN rәhbәri Efkan Ala  hücum ilә әlaqәdar  dövlәt başçısı Rәcәb Tayyib Әrdoğana mәlumat verib.

Mardin Valisinin  müavini  Erkan Çaparla telefonla görüşәn  dövlәt başçısı  R.T Ərdoğan hadisәnin gedişatını yaxından tәqib edir.

 Baş nazir Binali Yıldırım da hücumu törәdәnlәrin terror tәşkilatı PKK üzvü olduqlarını  deyib.

 Dünәn İstanbulda törәdilәn xain hücum nәticәsindә yaralanan vәtәndaşlara  xәstәxanada baş çәkәn Binali Yıldırım terrora qarşı mübarizәnin qәtiyyәtlә davam edәcәyini deyib.

 Binali Yıldırım: ‘‘Millәtimiz bilsin ki, Türkiyә Cümhuriyyәti  güçlüdür, Türk millәti  bir vә bәrabәrdir.Terrora qarşı mübarizәmizdәn imtina etmәyәcәyik’’ deyib.

Baş nazir hәm şәhәrdә hәm dә kәnddә terrorun Türkiyәnin gündәmindәn çıxarılması üçün  tәhlükәsizlik qüvvәlәrinin amansız mübarizәsini  davam etdirәcәklәrini söylәyib.



Әlaqәli Xәbәrlәr