“ABŞ da artıq bu tǝşkilatın davamı olan tǝşkilatlarla ǝmǝkdaşlıq etmǝmǝlidir”, İ.Kalın
Cümhurbaşqanlığı sözçüsü İbrahim Kalın avropalı dostların Türkiyǝyǝ terrorla mübarizǝdǝ tövsiyǝ ǝvǝzinǝ güzǝştsiz dǝstǝk tǝmin etmǝsinin vacibliyini dilǝ gǝtirib.
Cümhurbaşqanlığı sözçüsü İbrahim Kalın avropalı dostların Türkiyǝyǝ terrorla mübarizǝdǝ tövsiyǝ ǝvǝzinǝ güzǝştsiz dǝstǝk tǝmin etmǝsinin vacibliyini dilǝ gǝtirib.
İbrahim Kalın Cümhurbaşqanlığı Sarayında tǝşkil etdiyi mǝtbuat konfransında gündǝmi dǝyǝrlǝndirǝrǝk, terror tǝşkilatı PKK-ya oxşar tǝşkilatların öz dinamikaları ilǝ fǝaliyyǝtlǝrini davam etdirdiklǝrini bildirib.
“PKK-dan kimlǝrin vasitǝ kimi istifadǝ etdiyi mǝlumdur” deyǝ bildirǝn sözçü Avropadan başsağlığı dilǝyǝn dostlara tǝşǝkkür etdiklǝrini bildirib vǝ deyib ki, “bǝs avropalı dostlarımız bu PKK terror tǝşkilatının Avropa miqyasında neçǝ dǝnǝ gizli tǝşkilata sahib olduğunu bilirmi?”
Bunlar dilǝ gǝtirildiyi zaman “insan haqları, söz azadlığı, hüququn üstünlüyü” kimi cavablar aldıqlarını ifadǝ edǝn İbrahim Kalın ikiüzlü siyasǝtin artıq başa çatdırılmasının vacibliyini vurğulayıb.
“ABŞ da artıq bu tǝşkilatın davamı olan tǝşkilatlarla ǝmǝkdaşlıq etmǝmǝlidir” deyǝ bildirǝn İbrahim Kalın deyib: ”Türkiyǝdǝ terrorla mübarizǝ qanununa dǝyişiklik edilmǝsi istǝnir. Ötǝn gün İstanbulda vǝ bugün Mardindǝ törǝdilǝn terror hücumları bu istǝklǝrin hansı sǝviyyǝdǝ haqsız olduğunu da ortaya qoydu.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.