R.T.Әrdoğan: ''Terroru lәnәtlәyirik’’

Türkiyәnin dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğan  İstanbulda bu gün səhər saatlarında  törәdilәn  və 11 nəfərin ölümü ilә nәticәlәnәn terror hücumunu lәnәtlәdiyini qeyd edәrәk: ‘‘Terrorla mübarizәmiz qiyamәtә qәdәr davam edәcәk’’ deyib.

505971
R.T.Әrdoğan: ''Terroru lәnәtlәyirik’’
AMBARGOLU 19)İSTANBUL PATLAMA 5.jpg
AMBARGOLU 19)İSTANBUL PATLAMA 5.jpg

R.T.Әrdoğan  Haseki xәstәxanasında müalicә olunan yaralılara baş çәkib.

Hadisәni qiymәtlәndirәn Әrdoğan terror aktını  törәdәnlәrin  әn qisa zamanda tapılacağını deyib.

Türkiyə Böyük Millət Məclisinin  sədri İsmayil Kahraman da  terror  hücumuna görә başsağlığı mesajı yayımlayıb.

Kahraman: ‘‘Millәtimizin dincliyini  pozan insanlıq düşmәni qәtillәr hәyata keçirdiklәri hücum ilә xalqımızın  özlәrinә  qarşı olan  nifrәtini  daha da  artırdı’’  deyib.

Hadisədən sonra Baş nazir Binalı Yıldırım  Çankaya Köşkündə  Daxili İşlər Naziri Efkan Ala və Səhiyyə Naziri Rəcəb Akdağın da qatıldığı bir təhlükəsizlik toplantısı  həyata keçirib.

 Baş nazir Binali Yıldırım  toplantıdan sonra verdiyi  yazılı  açıqlamasında:  ‘‘Terror  bir daha çirkli üzünü  göstәrdi’’ deyib.

 Terrorla mübarizənin qәtiyyәtlә davam edәcәyini  vurğulayan Yıldırım: ‘‘Terror tәşkilatları  bәşәriyyәtә  düşmәn olduqlarını  bir daha göstәrmişdir’’ söylәyib.

Avropa İttifaqı üzrә nazir  Ömәr Çәlik  isә  bu cür xain  hücumların vәtәndaş müharibәsi  adlandırılmasına qarşı  sәrt reaksiya göstәrib.

Ömәr Çәlik: ‘‘Türkiyәdә qanuni qüvvәlәr terrora qarşı mübarizә aparır. Bu mübarizә region ölkәlәri üçün olduğu qәdәr Avropa  demokratiyası üçün dә әhәmiyyәtlidir’’ deyib.



Әlaqәli Xәbәrlәr